Bizim futbol

Təxirə salınmış matçın vaxtı açıqlandı

Futzal üzrə Yüksək Liqada 11-ci turdan təxirə salınmış bir oyunun keçirilmə vaxtı müəyyənləşib. 

Dsport.az xəbər verir ki, “Xəzər Cənub” – “Yasamal” FK matçı dekabrın 10-da, saat 12:30-da, Bakı İdman Sarayında keçiriləcək. 

Oyunu Azər Əsgərov, Hikmət Qafarlı və Rahin Heybətovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor Asim Xudiyev olacaq.