Bizim futbol

İşçi qrupunun növbəti görüşü keçirilib

Fransanın Strasburq şəhərində Avropa Şurasının “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında” konvensiyasının daimi komitəsinin nəzdində yaradılan AÇ-2020-yə hazırlıq işçi qrupunun 5-ci görüşü keçirilib.

Dsport.az AFFA-ya istinadən xəbər verir ki, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AÇ-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva görüşdə iştirak edib.

13-16 oktyabr tarixlərində Avropa Şurasının daimi komitəsinin nümayəndələri Bakıya səfər edərək Bakı Olimpiya Stadionuna baxış keçirmişdilər. Nümayəndələr dövlət qurumları (Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti) ilə görüşmüş, idman yarışlarına, futbol oyunlarına hazırlıq və əməliyyat prosesi, AÇ-2020-yə hazırlıq müzakirə edilmişdi.