Bizim futbol

Mərkəzi oyunda heç-heçə, “Araz”dan 26 qol

Bu gün futzal üzrə Yüksək Liqada 10-cu turun 2 oyunu keçirilib. 

Dsport.az xəbər verir ki, ilk qarşılaşmada son çempion “Araz” “Yasamal” İSK üzərində böyük hesablı qələbə qazanıb. Maraqlı məqamlardan biri “Araz”ın qapısını kapitan Rizvan Fərzəliyevin qorumasıdı. Belə ki, Rövşən Hüseynli və Kamran Hacıyev cəzalı olduğuna görə, “Araz”ın qapıçısı oyunçulardan biri olmalıydı. Bu çətin iş kapitanın öhdəsinə düşüb. 

Günün ikinci oyunu gərgin keçib. EKOL-la qarşılaşmada əvvəlcə “Xəzər Cənub” hesabı açıb. Fasiləyə qədər hesabı bərabərləşdirən EKOL ikinci hissədə də qol vurub. Ancaq onların bu üstünlüyü 14 saniyə çəkib. Bərabərliyi növbəti dəfə Lənkəran təmsilçisi pozub. Ancaq kapitan qapıların yerini səhv saldığından, qol rəqibin aktivinə yazılıb. Masoud kapitanın səhvini 36-cı dəqiqədə düzəldib.

Yüksək Liqa
10-cu tur
21 noyabr

Araz - Yasamal İSK 26:2
Qollar: İ. Atayev, 01:01, 21:42, 25:47, 35:00, R. Çovdarov, 02:55, 08:46, 24:28, 33:32, 39:20, O. Rüstəmli, 03:12, 03:47, 15:58, 31:43, 32:43, X. Bağırov, 12:06, 14:31, 23:59, 32:10, 35:36, 36:40, 36:49, 39:38, E. İbramxəlilov, 18:52, 29:57, N. İsmayılov, 27:20, R. İbrahimzadə, 37:35 - V. Səfərov, 23:32, N. Mahmudov, 39:55.
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Kənan Məlikov.
Olimpik Star. Saat 14:30.

EKOL - Xəzər Cənub 3:3
Qollar: Ə. Abasov, 07:44, S. Həmzəyev, 21:09, M.Pənahande, 26:52 (a/q) - A. Mikaili, 04:31, F. Mazahevi, 21:23, M. Nasirzadegah, 35:08.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Azər Əsgərov.
Olimpik Star. Saat 16:30.