Bizim futbol

Ruslan Abışov məşqlərə başladı

“Neftçi” hazırlğı davam etdirir.

Dsport.az xəbər verir ki, komanda bu gün klub bazasında növbəti məşqə çıxıb. 

Məşqdə zədəli Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. 

Əvəzində, zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalan Ruslan Abışov məşqlərə başlayıb. Kapitan komanda üzvlərindən ayrı fərdi məşq edib. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Xatırladaq ki, noyabrın 25-də "Bayıl Arena”da baş tutacaq "Səbail” – "Neftçi” oyununa saat 17:00-da start veriləcək.