Bizim futbol

Əliyar Ağayev Millətlər Liqasında oyun idarə etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasında oyun idarə edib.

Dsport.az xəbər verir ki, 31 yaşlı ədalət təmsilçisi qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində keçirilən Danimarka - İrlandiya qarşılaşmasında baş hakim olub.

Əliyar qolsuz bərabərliklə nəticələnən matçda cəmi bir vərəqə göstərib. Belə ki, o, 85-ci dəqiqədə qonaq komandanın futbolçusu Sayrus Kristini "sarı"yla cəzalandırıb.

Qeyd edək ki, Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olub.