Bizim futbol

Yığmamız Lixtenşteyni darmadağın edib, elit-raunda yüksəldi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirib.

Dsport.az xəbər verir ki, millimiz Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qrupun ilk oyununda İsrailə 1:4 hesabıyla məğlub olan Azərbaycan millisi, 2-ci oyunda Gürcüstanı 2:1 hesabıyla məğlub etmişdi. Lixtenşteynlə oyunda isə azərbaycanlı futbolçular 3 cavabsız qola seviniblər.

Qrupun digər oyununda İsrail qrup oyunlarına ev sahibliyi edən Gürcüstanla heç-heçəyə nail olub və birinci pilləni tutub. Azərbaycan millisi isə ikinci yerlə kifayətlənib. Nəticədə, komandamız elit-raunda vəsiqə əldə edib.

AÇ-2019-un seçmə mərhələsi
20 noyabr

Azərbaycan - Lixtenşteyn 3:0
Qol: Murad Mahmudov, 15. Kamran Quliyev, 64; 69.
Baş hakim: Erik Lambrext (Belçika)
Baş hakimin köməkçiləri: Karel De Roker (Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Dördüncü hakim: Aleko Aptsiauri (Gürcüstan)

Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 2. Rüstəm Nuriyev, 3. Elnur İbrahimov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 9. Murad Mahmudov,10. Kamran Quliyev, 14. Zahid Mərdanov, 15. Vüsal Məsimov, 18. Emil Qasımov, 19. Tural Bayramov.
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Əkbər Vəliyev, 4. İbrahim Hüseynov, 6. İdris İnqilablı, 11. Elvin Cəfərquliyev, 16. Elvin Talıbov, 17. Samir Qurbanov, 21. Zamiq Əliyev.
Baş məşqçi: Vüqar Məmməd.
Lixtenşteyn: 1. Rafael Lusli, 2. Lukas Qraber, 3. Noah Qraber, 4. Fabian Unterrainer, 5. Simon Luxinqer, 6. Lukas Buxel, 7. Aaron Salanoviç, 9. Tim Şreyber, 10. Noah Frommelt (k), 16. Andrin Netzer, 20. Rikardo Brancaleone.
Ehtiyat oyunçular: 12. Luka Vanoni, 8. Marius Hilti, 11. Josua Eqqenberqer, 13. Elias Jaqer, 14. Noah Miler, 17. Varren Kaiser, 18. David Tşupp, 19. Niklas Bek.
Baş məşqçi: Martin Stoklasa.

İsrail - 7, Azərbaycan - 6, Gürcüstan - 4, Lixtenşteyn - 0.