Bizim futbol

Millimiz Millətlər Liqası ilə bağlı ümidləri Kosovoda “basdırdı”

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxıb.

Dsport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin 6-cı turunda Kosovonun qonağı olub. Priştinadakı “Fadil Vokrri” stadionunda keçirilən görüş saat 23:45-də start götürüb.

Kosovo yığması hazırda 11 xalla 1-ci pillədəydi. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C Liqasına və pley-offa yüksəlmək üçün bu oyunda mütləq qələbə qazanmalıydı. Əks halda, milli komanda Millətlər Liqası yolu ilə AÇ-2020-yə vəsiqə qazanmaq şansını itirəcəkdi.

Təəssüf ki, yığma komanda bəslənilən ümidləri doğrulda bilməyib. Rəqib meydanında elə ilk dəqiqələrdən dizləri əsməyə başlayan azərbaycanlı futbolçular bunun məntiqi nəticəsi kimi 2-ci dəqiqədə yenidən mərkəzə dəvət olunublar. Qalan dəqiqələrdə daha 3 qol buraxan milli komanda biabırçı məğlubiyyətlə barışmalı olub. 

Qrupun digər matçında isə Malta öz meydanında Farer adaları yığmasını qəbul edib. Bu oyunda isə heç-heçə qeydə alınıb.

UEFA Millətlər Liqası
D liqası, 3-cü qrup

20 noyabr

Kosovo - Azərbaycan 4:0
Qol: A.Zeneli, 2; 50; 76. Amir Rrahmani, 61.
Baş hakim: Benua Miyo.
Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu.
Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed.
Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandı).
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya).
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya).
Priştina. "Fadil Vokrri” stadionu.

Kosovo: 12. Ariyanet Muriç, 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 7. Milot Raşiça, 10. Arber Zeneli, 13. Amir Rrahmani, 14. Valon Berişa (k), 15. Merqim Voyvoda, 17. Benjamin Kololli, 18. Vedat Muriqi.
Ehtiyat oyunçular: 1. Samir Uykani, 16. Visar Bekay, 2. Arbenit Cemayli, 4. İdris Voka, 8. Besar Halimi, 9. Şkelqim Demhasay, 11. Donis Avdiyay, 19. Leart Paqarada, 20. Mirlind Kryeziu, 21. Atdhe Nuhiu, 22. Edon Jeqrova, 23. Lirim Kastrati.
Baş məqşqçi: Bernar Şalland.
Azərbaycan: 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov.

Malta - Farer adaları 1:1
Qol: Xuan Karlos Korbalan, 4 - Rene Yonsen, 3.

Kosovo – 14, Azərbaycan – 9, Farer adaları – 5, Malta – 3.