Bizim futbol

“Azərbaycanla oyuna psixoloji cəhətdən yaxşı hazırlaşmışıq”

Futbol üzrə Kosovo yığmasının lideri Valon Berişa UEFA Millətlər Liqasının qrup mərhələsinin son turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransı keçirib.

Dsport.az xəbər verir ki, təcrübəli futbolçu bunları söyləyib:

“Maltaya səfərdə 5:0 hesabı ilə qalib gəldik. Psixoloji cəhətdən yaxşı hazırlaşmışıq. Sabahkı oyun final olacaq. Hər iki komanda qələbə üçün əlindən gələni edəcək. Matça həm də fiziki cəhətdən hazırıq”.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, təkcə komanda deyil, fərdi qaydada da heç-heçə haqda düşünməyəcəklər: "Əks halda, bu, neqativ təsir göstərə bilər. Azərbaycan yığması çox güclüdü. Amma azarkeşlərin dəstəyi bizi irəli atılmağa sövq edəcək". (Sportnet)