Bizim futbol

Kosovo - Azərbaycan: Mətbuat konfranslarının vaxtı bilindi

UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində noyabrın 20-də, saat 23:45-də, Fadil Vokrri adına stadionda keçiriləcək Kosovo - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Dsport.az xəbər verir ki, əvvəlcə Kosovonun baş məşqçisi Bernar Şalland jurnalistlərin qarşısına çıxacaq:

19 noyabr

Kosovo milli komandası
Saat 17:00. Mətbuat konfransı
Saat 17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi stadionda təşkil olunacaq.