Bizim futbol

“Sumqayıt” “Qarabağ”ı məğlub etdi

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” və “Qarabağ” bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.

Dsport.az xəbər verir ki, sözügedən komandalar “Azersun Arena”da üz-üzə gəliblər.

Ayxan Abbasovun yetirmələri bu matçda 1:0 hesablı qələbə qazanıb. 

Görüşdə vurulan yeganə qola 21-ci dəqiqədə Cavid Tağıyev imza atıb.