Bizim futbol

“Yeganə çıxış yolumuz Priştinada qalib gəlməkdi”

Futbol üzrə Azərbaycan yığmasının üzvü Araz Abdullayev UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-cu turu çərçivəsində doğma meydanda Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu öncə bunları söyləyib:

- Topa daha çox biz nəzarət etdik. Çalışırdıq ki, hesabı qoruyaq və bir qədər az yorulaq. Nəzərə alaq ki, bir neçə gün sonra Kosovo ilə ağır oyunumuz olacaq. Priştinada finala bərabər matç olacaq.

- Ayaqlarınız meydanda olsa da, başınız deyəsən, Maltada qalmışdı…
- Kosovo Maltanı məğlub etdi. Bir çıxış yolumuz qalıb ki, Priştinada Kosovonu məğlub edək. Komanda şəklində bu oyunun altından çıxmalıyıq.

- Kosovonun 5:0 hesablı qələbəsi sizdə çaşqınlıq yaradıb?
- Biz də qalib gəlmişik. Artıq bir oyun qalıb. İstəyirik ki, həmin oyuna motivasiya olaq. 3 gün vaxtımız var, yaxşı hazırlaşmaq lazımdı.

- Zədən nə yerdədi?
- Hər şey yaxşıdı. Həkimlər baxacaq və növbəti oyuna hazır olacam.