Bizim futbol

UEFA Nazarovun qolunu hesaba almadı

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Farer adalarını 2:0 hesabı ilə məğlub etdi.

Dsport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan bu oyunun ilk qolunun müəllifi dəyişdirilib. Belə ki, Dmitri Nazarovun vurduğu qol onun adına yazılmayıb.

Protokolda edilən dəyişikliyə əsasən, bu qol avtoqol kimi qeydə alınıb. 18-ci dəqiqədə Nazarovun zərbəsindən sonra top Farer adalarının müdafiəçisi Raqnar Nattestada dəyərək, qapıya daxil olmuşdu. Məhz bu üzdən Raqnar protokolda avtoqol müəllifi kimi qeyd edilib.

Qeyd edək ki, görüşdə vurulan digər qolun müəllifi Mahir Mədətov olub.