Bizim futbol

Millimizdə iki ciddi itki

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində doğma meydanda qarşılaşdığı Farer adaları ilə ev oyunda iki ciddi itkiylə üzləşib.

Dsport.az xəbər verir ki, millimizin əsas qapıçısı Kamran Ağayev sıradan çıxıb. Kapitan fasilə ərəfəsində aldığı zədədən sonra oyunu davam etdirsə də, fasilədə Səlahət Ağayevlə əvəzlənib. Kamran kapitan sarğısını isə Maksim Medvedevə ötürüb.

İkinci hissədə isə müdafiəçi Pavel Paşayev sıradan çıxıb. Sağ cinah müdafiəçisi aldığı zədə nəticəsində mübarizəni davam etdirə bilməyib və 71-ci dəqiqədə Rahil Məmmədovla əvəzlənib. Bundan sonra Maksim Medvedev Paşayevin mövqeyində oynayıb, Rahil isə mərkəzdə Bədavi Hüseynovla tandem təşkil etməyə başlayıb.

Qeyd edək ki, millimiz qrupda son matçını noyabrın 20-də səfərdə qrupun lideri Kosovoya qarşı keçirəcək. Kamranla Pavelin həmin görüşdə meydana çıxıb-çıxmayacağı isə həkim müayinələrindən sonra bəlli olacaq.