Bizim futbol

Millimiz inamlı qələbə qazansa da, ikinci pillədə qaldı

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.

Dsport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matç saat 21:00-da start götürüb.

Millimiz bu yarışın pley-off mərhələsinə yüksəlmək və AÇ-2020-yə vəsiqə qazanmaq şansını saxlamaq üçün yer aldığı qrupda birinci yeri tutmalıdı. Bu baxımdan son iki görüş həlledici xarakter daşıyır.

Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3 cavabsız qolla üstələməyi bacarıb.

Farer adalarına gəlincə, skandinaviyalılar ilk qarşılaşmada Maltanı 3:1 hesabı ilə məğlub etsələr də, ardınca Kosovoya 2, Azərbaycana isə 3 cavabsız qolla uduzublar. Son turda Kosovo ilə evdə 1:1-lik bərabərə qalan farerlilər 4 xalla 3-cü sıradadılar.

Bakı Olimpiya Stadionunda baş tutan görüşdə millimiz bu rəqibini 2 cavabsız qolla yenib. 

Bu gün millimizin yer aldığı qrupun digər oyununda Malta Kosovonu qəbul edib. Qonaqlar səfərdə darmadağına imza ataraq liderliklərini qoruyublar.
 
UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup

17 noyabr

Azərbaycan - Farer adaları 2:0
Qol: D.Nazarov, 18. M.Mədətov, 28.
Hakimlər: Dimitrios Masias, Marios Kalogiru, İoannis Lazaru, Omiros Tsiortsis, Vasilis Dimitriu, Lukas Sotiryu (hamısı Kipr). 
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 8. Emin Mahmudov, 9. Mirabdulla Abbasov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Şəhriyar Əliyev, 19. Rahil Məmmədov, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov.
Farer adaları: 1. Gunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen (k), 5. Raqnar Nattestad, 6. Hallur Hansson, 8. Brandur Hendriksson, 9. Gilli Rolantsson, 10. Solvi Vatnhamar, 15. Odmar Faero, 19. Roqvi Baldvinsson, 21. Klemint Olsen.
Ehtiyat oyunçular: 12. Teytur Gestsson, 23. Kristian Yonsen, 2. Maqnus Eqilsson, 7. Kay Bartalsstovu, 11. Heini Vatnsdal, 13. Arni Frederiksberq, 14. Meynhard Olsen, 17. Gunnar Vatnhamar, 18. Roi Davidsen, 20. Yoannes Byartalid, 22. Yakub Tomsen.
Baş məşqçi: Lars Olsen.

Malta - Kosovo 0:5
Qol: Vedat Muriqi, 15. Benjamin Kololli, 70. Donis Avdiyay, 78; 80. Milot Raşiça, 86.

Kosovo – 11, Azərbaycan – 9, Farer adaları – 4, Malta – 2.