Bizim futbol

“Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək

Milli komandanın UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək. 

Dsport.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən komandalar “Azersun Arena”da üz-üzə gələcəklər. Noyabrın 18-də keçiriləcək oyuna saat 13:30-da start veriləcək.