Bizim futbol

UEFA-dan “Qəbələ” üçün 25 min avro

UEFA “Qəbələ”yə 25 min avro maliyyə vəsaiti ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, “Qəbələ” İdman Klubunun müvafiq yaş qrupundan ibarət komandasının 2018/19-cu il mövsümündə UEFA Gənclər Liqasınının birinci mərhələsində iştirakına görə səyahət (travel and accommodation) xərclərinə UEFA tərəfindən ayrılmış 25,000.00 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qəbələ” İK-nın hesabına köçürülüb.