Bizim futbol

Atli Qreqersen: “Bakıda qələbə qazanacağımıza inanıram”

“İnanırıq ki, ilk matçdakı səhvləri təkrarlamayacağıq. Rəqibin topa nəzarət edəcəyini gözləyirik”.

Dsport.az xəbər verir ki, bunu Farer adaları yığmasının futbolçusu Atli Qreqersen Bakıda Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib. 

26 yaşlı müdafiəçi meydan sahiblərinin səhvlərindən yararlanmağa çalışacaqlarını bildirib: "Bu dəfə biz səhvlərdən yararlanacağıq. Allaha və qələbəyə inanıram. Bu gözəl komandanı məğlub edəcəyimizə ümid bəsləyirəm. Daha yaxşı nəticə qazanmaq istəyirik". 

Azərbaycan xalqını çox bəyəndiyini deyən Qreqersen öz komandasını qrupun ən güclüsü adlandırıb. O bildirib ki, qalın geyinməsi səhhətindəki hansısa problemlə bağlı deyil: "Bu, indiyə qədər eşitdiyim ən qəribə sualdı. Komandanın ən yaraşıqlı simalarından biriyəm".