Bizim futbol

Lars Olsen: “Azərbaycan ilə oyunu səbrsizliklə gözləyirik”

“Çox yaxşı məşqlərimiz oldu. Zədəli futbolçumuz yoxdur. Sabahkı oyunu səbrsizliklə gözləyirik Azərbaycanla bir ay öncə qarşılaşdıq və 0:3 hesabı ilə uduzduq. Kobud səhvlırə yol verdik və rəqib bizi cəzalandırıdı. Azərbaycan yaxçı komandadı. Lakin qalib gələcəyimizə inanırıq”.

Dsport.az xəbər verir ki, bunu Farer adalarının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycanla oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

57 yaşlı danimarkalı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə jurnalistlərin suallarını da cavablandırıb:
 
- Azərbaycana tez - çərşənbə axşamı gəlməyiniz nə ilə bağlıdı?
- Hava şəraiti Farer adaları ilə eynidi. Tez gəlmıyimiz bura uyğunlaşmaq üçündü. İlk matçda uduzsaq da, bərabər oyun getdi. Bu dəfə də elə olacaq.
 
- Mətbuatda start heyətini açıqladığınız yazılmışdı. Hansısa dəyişiklik olacaq?
- Mən heç bir "11-lik" elan etməmişəm. Ola bilər ki, bu, hansısa media nümayəndəsinin təxəyülünün məhsuludu. 

- Komandanın kapitanı aqressiv görünürdü. Oyunçularınızın qırmızı vərəqə almasından ehtiyatlanmırsız?
- Elə deməzdim. Onlar çox sakitdi. Emosional halımız eynidi.

- İlk matçda niyə mətbuat konfransına gəlməmişdiniz? Sabah da uduzsaz, sizi gözləyək, yoxsa yox?
- Xeyr, bu baş verməyəcək. Nəticədən aslı olmayaraq burada olacağam. (Sportnet)