Bizim futbol

Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb.

Dsport.az xəbər verir ki, Millətlər Liqasının oyunları çərçivəsində keçiriləcək Danimarka - İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Danimarka - İrlandiya matçı noyabrın 19-da, Orxus şəhərindəki Ceres Park stadionunda keçiriləcək.