Bizim futbol

“Araz” büdrədi, “Neftçi” fərqi artırdı

Bu gün futzal üzrə Yüksək Liqada 9-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, turun açılış oyununda lider “Neftçi” autsayder “Yasamal İSK” ilə üz-üzə gəlib. Oyun gözlənildiyi kimi “Neftçi”nin qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyunu isə gərginliyi ilə yadda qalıb. EKOL ardıcıl 2 qol vurduqdan sonra “Yasamal” FK fərqi minimuma endirib. Rəqibin bundan artığına gücü çatmayıb. 

Son qarşılaşma isə sürpriz nəticə ilə yekunlaşıb. Liderin ən yaxın izləyicisi olan “Araz” “Xəzər Cənub”la qarşılaşmada büdrəyib. Əslində fasiləyə qədər işlər qaydasında gedib. Ancaq ikinci hissədə son çempion üstünlüyünü əldən verib. Qapıçı Kamran Hacıyevin cərimə meydançasından kənarda əllə oynadığına görə qırmızı vərəqə almsı rəqibin daha iki qol vurmasına şərait yaradıb. Belə ki, Rövşən Hüseynli də cəzalı olduğuna görə, “Araz”ın qapıçısı olmayıb. Nəticədə debütant hesabdakı fərqi aradan qaldırıb və oyun heç-heçə başa çatıb.
 
Yüksək Liqa
9-cu tur
14 noyabr

Yasamal İSK - Neftçi İK 3:11
Qollar: V. Səfərov, 21:18, 38:27, M. Eyniyev, 35:38 - R. Balakişiyev, 01:05, 28:07, M. Katebi, 03:22, 30:02, 38:09, T. İsmayılov, 07:23, 09:52, 11:00, V. Xocayev, 28:31, O. Baxşəlizadə, 33:03, 38:44.
Hakimlər: Anar Fərəcov, Rahin Heybətov, Kənan Məlikov.
Bakı İdman Sarayı. Saat 12:30.

Yasamal FK – EKOL 1:2
Qollar: S. Amini, 28:31 - F. Ələkbərov, 01:05, N. Məmmədkərimov, 08:39.
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elmir Quluzadə.
Bakı İdman Sarayı. Saat 14:30

Xəzər Cənub - Araz 4:4
Qollar: M. Nasirzadegah, 03:29, A. Mikaili, 30:47, 34:57, M. Pənahande, 32:39 - O. Rüstəmli, 02:10, X. Bağırov, 08:32, R. Çovdarov, 18:04, 29:52.
Qırmızı vərəqələr: H. Rezvan, 27:52 (ikinci sarı) - K. Hacıyev, 31:56.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 16:30.