Bizim futbol

Millimizin baş məşqçisi: “...Şanslarımızı itirməmişik”

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün İsrail yığması ilə qarşılaşan Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd oyunla bağlı fikirlərini bildirib.

Dsport.az xəbər verir ki, o, 1:4 hesablı yenilgini belə şərh edib:

“Yaxşı futbolçulardan təşkil olunmuş komanda ilə qarşılaşdıq. Bu oyundan sonra İsrail yığmasının qrupumuzun aşkar favoriti olduğunu qeyd edə bilərəm. Onlar Avropanın bir neçə güclü komandaları ilə qarşılaşmalardan da qalib ayrılmışdılar. Komanda olaraq qələbə qazanmağı çox istəyirdik. Bəlkə də həddindən artıq istəkli olmağımız oyunumuza mənfi təsir edən əsas amil oldu. Bu məğlubiyyətlə bütün şanslarımızı itirməmişik. Qarşıda iki oyunumuz var. Hər iki rəqibimizi təhlil edib vəziyyəti lehimizə çevirməyə çalışacağıq”.