Bizim futbol

Millimiz İsrailə biabırçı hesabla uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.  

Dsport.az xəbər verir ki, Tiflis şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında baş tutan oyunda millimizin rəqibi İsrail yığması olub.

Beş qolun qeydə alındığı qarşılaşma komandamızın böyük hesablı məğlubiyyəti ilə başa çatıb.

Yığmamızın yer aldığı qrupun digər matçında meydan sahibi Gürcüstan Lixtenşteynlə qarşılaşacaq.

AÇ-2019-un seçmə mərhələsi
1-ci qrup
14 noyabr

Azərbaycan - İsrail 1:4
Qol: E.Qasımov, 82 - M.Kanaan, 9. S.Masarva, 28. B.Arad, 56; 64.
Hakimlər: Erik Lambrext (Belçika), Karel De Roker (Belçika), Giorgi Elikaşvili (Gürcüstan), Aleko Aprsiauri (Gürcüstan).

Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 6. İdris İnqilablı, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 9. Murad Mahmudov, 10. Kamran Quliyev, 11. Elvin Cəfərquliyev, 14. Zahid Mərdanov, 21. Zamiq Əliyev.
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Əkbər Vəliyev, 2. Rüstəm Nuriyev, 3. Elnur İbrahimov, 15. Vüsal Məsimov, 16. Elvin Talıbov, 17. Samir Qurbanov, 18. Emil Qasımov, 19. Tural Bayramov.
Baş məşqçi: Vüqar Məmməd.
İsrail: 1. Omer Yaacov Nir On, 2. Amit Dov Qlezer, 3. Alon Strosberq (k), 6. Məhəmməd Kanaan, 8. İlay Elmikeis, 12. Tomer Mahluf, 13. Bar Arab, 14. Yoav Hofmeister, 15. Roi Herman, 17. Tomer Benbeniski, 19. Shadi Masarva.
Ehtiyat oyunçular: 18. Shareef Keouf, 4. Ori Arzi, 5. Or Blorian, 7. Rio Arie Fadida, 9. Guy Dahan, 10. Yoni Sisay, 11. Eden Karzev, 16. Liel Abada
20. Roy Levy.
Baş məşqçi: Nir Levin.