Bizim futbol

AFFA daha 3 komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunmuş müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Region Liqasında “Energetik” FK – “Şəki” FK matçının 90+1-ci dəqiqəsində “Şəki”nin futbolçusu Yusif Almazağazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Bakı” FK – “Uğur” FK matçının 60-cı dəqiqəsində “Uğur”un futbolçusu Mikayıl Rəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Gənclik” İK – “Tufan” FK matçının 86-cı dəqiqəsində “Gənclik”in futbolçusu Fuad Piriyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Araz” (Saatlı) – “Kürdəmir” matçının 85-ci dəqiqəsində “Araz”ın futbolçusu Şəhriyar Bədirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Zirə” – “Neftçi” matçının başa çatdıqdan sonra “Zirə”nin futbolçusu Kənan Cəfərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Gənclər Liqasında “Sabah” – “Keşlə” matçının 53-cü dəqiqəsində “Sabah”ın futbolçusu Xəyyam Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” PFK – “Neftçi” İK İB matçının 90-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Fərid Yusifli rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

U-16 Liqasında “İsgəndər Cavadov” BFA – “Viləş” matçının 72-ci dəqiqəsində “İsgəndər Cavadov” BFA-nın futbolçusu İbrahim Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Səbail” – “Qəbələ” matçının 44-cü dəqiqəsində “Səbail”in futbolçusu Arif Məmmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.

U-16 Liqasında “Qarabağ” – “Sumqayıt” matçının 69-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Ayaz Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Qarabağ” – “Sabah” matçının 70+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Rəvan Əvəzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “İsgəndər Cavadov” BFA – “Xilə” matçının 70+6-cı dəqiqəsində “İsgəndər Cavadov” BFA-nın futbolçusu Teyyub İbrahimov rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

U-14 Liqasında “Səbail” – “Binə” matçının 57-ci dəqiqəsində “Səbail”in futbolçusu Hüseyn Əskərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Qarabağ” – “Şüvəlan” matçının 36-cı dəqiqəsində “Şüvəlan”ın futbolçusu Mirəhməd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Sabah” – “Zirə” matçının 32-ci dəqiqəsində “Sabah”ın futbolçusu Talib Ramazanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Təhsil” (Neftçala) – “Muğan” (Salyan) matçının 45-ci dəqiqəsində “Təhsil”in futbolçusu Rəvan Cəfərov rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

U-13 Liqasında “Gənclik” (Şəki) – “Balakən” matçının 45-ci dəqiqəsində “Gənclik”in futbolçusu Osman Həmidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasında “Neftçi” İK İB – “Səbail” matçının 36-cı dəqiqəsində “Neftçi İK İB” klubunun futbolçusu Həsən Vəliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 50+3-cü dəqiqəsində “Səbail”in futbolçusu Əli Nəbizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-11 Liqasında “Quba” OK – ŞKGB matçında ŞKGB komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Sabah” – “Qarabağ” matçının 34-cü dəqiqəsində “Sabah”ın məşqiçisi Savalan Əlizadə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının “Zaqatala” PFK – “Fidan” (Bakı) matçında “Zaqatala”nın heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasının “Araz” – “Yasamal” matçının 19-cı dəqiqəsində “Araz”ın futbolçusu Rövşən Hüseynli rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının II dəstəsinin “Gilan” – “Bədr” matçının 8-ci dəqiqəsində “Bədr”in futbolçusu Emin Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının II dəstəsinin “Borçalı” – “Hövsan” matçının 8-ci dəqiqəsində “Borçalı”nın futbolçusu Anar Səlimov və “Hövsan”ın futbolçusu Valeh Həsəsnov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının II dəstəsinin “Təbriz” – “Avanqart” matçının 25-ci dəqiqəsində “Avanqart”ın futbolçusu Rasim Əhmədov və “Təbriz”in futbolçusu Etibar İmanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının I dəstəsinin ADBTİA – “Ulduz” matçının 26-cı dəqiqəsində ADBTİA-nın futbolçusu Taleh Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının I dəstəsinin “Rəvan” – “Baker Hughes” matçında “Baker Hughes” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.