Bizim futbol

Vəli Qasımov üçün yoldaşlıq oyunu

Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada legioner karyerasına malik olmuş, 1992-ci il Rusiya çempionatının bombardiri Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.

Dsport.az xəbər verir ki, yoldaşlıq oyununda Azərbaycan futbol veteranları vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş əcnəbi veteran futbolçularla üz-üzə gələcək.

Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət komandanın çalışdırıcısı isə Valeri Qazzayev olacaq.

Qarşılaşma noyabrın 15-də, saat 17:00-da Bayıl stadionunda keçiriləcək.