Bizim futbol

Almeyda təkzib etdi: “Yalandı, inanmayın”

Bir neçə gün əvvəl Azərbaycan millisinin üzvü, “Qarabağ”ın keçmiş futbolçusu, hazırda “Astana”da forma geyinən Riçard Almeyda Braziliya mətbuatına müsahibə verərək, yenidən Ağdam klubuna qayıtmaq istədiyini bildirmişdi.

Dsport.az xəbər verir ki, yarımmüdafiəçi Qazaxıstanın “sports.kz” saytına müsahibə verərək, “Qarabağ”a qayıtmaqla bağlı dediklərinin yanlış anlaşıldığını deyib:

“Bu, şayiədi, inanmayın. Braziliyada müsahibə verdim, demişdim ki, nə vaxtsa yenidən “Qarabağ”a qayıda bilərəm. Amma bunun yaxın gələcəkdə olacağını deməmişəm. “Astana”yla hələ iki illik müqaviləm var və anlaşmamızın sonuna qədər burda qalmaq istəyirəm.

Qazaxıstan çempionu olmağımız böyük hadisədir. Komandadan və məşqçilər heyətindən razıyam. Mehriban kollektivimiz var və bunu hər oyunda göstəririk”.