Bizim futbol

Tural Axundov: “Qalib gəlmək üçün əlimizdən gələni etdik”

“Neftçi”nin müdafiəçisi Tural Axundov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan (2:2) sonra klubun rəsmi saytına açıqlama verib.

Dsport.az xəbər verir ki, komandanın qalib gəlmək üçün əlindən gələni etdiyini bildirən futbolçu təəssüf hissini dəgizlətməyib:

“Zirə”nin yaxşı komanda olduğunu bilirdik. Yaxşı da hazırlaşmışdıq. Qalib gəlmək üçün əlimizdən gələni etdik. Qələbə qazanmalıydıq. Çox təəssüf ki, alınmadı”.