Bizim futbol

“Qarabağ” “Qəbələ”yə, “Keşlə” “Sumqayıt”a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

Öncə son çempion “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Ağdam klubu ilk dövrədə bu rəqibinə 4:1 hesabıyla qalib gəlmişdi. Qəbələlilər bu dəfə doğma meydanda həmin yenilginin qisasını almağı düşünürdülər. “Qarabağ” isə “Neftçi”nin xal itkisindən maksimum yararlanmağı hədəfləmişdi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma fasilədən sonra oyunda dönüş yaradan qonaqlar əzmkar qələbəyə imza atıblar.

Turun qapanış matçında isə “Sumqayıt” “Keşlə” ilə qarşılaşıb. İlk dövrədə səfərdə 2:1 hesabıyla qalib gəlmiş sumqayıtlılar bu dəfə də daha şanslı hesab olunurdu. Lakin “Keşlə” də uğursuz gedişata bu oyunda son qoymaq arzusundaydı. Belə də olub. Beş qolun qeydə alındığı qarşılaşma paytaxt təmsilçisinin inamlı qələbəsiylə başa çatıb.

Topaz Premyer Liqası
11-ci tur

11 noyabr

Qəbələ - Qarabağ 1:3
Qol: C.Adeniyi, 33 - İ.Emeqara, 47. Miçel, 64. F.Ozobiç, 69.
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov.
Qəbələ şəhər stadionu, 17:30.

Qəbələ: 30. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 7. Roman Hüseynov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 88. Sabien Lilay, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 7. İnnosent Emeqara, 8. Markos Madera, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 28. Con Delarj, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt - Keşlə 1:4
Qol: A.Yıldırım, 65 - A Yunanov, 52; 79. G.Georgiadis, 56. A.Klennon, 90+3.
Qırmızı vərəqə: O.Sadıqlı, 67.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli.
Bakı. “Bayıl Arena”, 19:30.

Sumqayıt: 15. Orxan Sadıqlı, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Nazim Süleymanov.
Keşlə: 1. Kamran Ağayev (k), 33. Tərlan Quliyev, 2. Sərtan Taşqın, 4. Slavik Alxasov, 3. Denis Silva, 93. Edvinas Girdvainis, 22. Nikola Mitroviç, 80. Diallo Quydileye, 31. Georgios Georgiadis, 9. Amil Yunanov, 23. Conatan Ayite.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 88. Məmməd Quliyev, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 17. Samir Məsimov, 21. Herve Tçami, 90. Ebrima Sohna.
Baş məşqçi: Tərlan Əhmədov.

Turun digər oyunları: Sabah - Səbail 0:4. Neftçi - Zirə 2:2.