Bizim futbol

Rekord və yubiley

Topaz Premyer Liqasının 11-ci turu “Zirə”nin futbolçusu Adil Nağıyev üçün ikiqat əlamətdar olub.

Dsport.az xəbər verir ki, “Neftçi” ilə səfər oyunu müdafiəçinin komandada yubiley – 100-cü matçı kimi tarixə düşüb. 

O, klub tarixində “100”ə çatan ilk futbolçu olub. Bu müddətdə müdafiəçi 6 dəfə qol sevinci yaşayıb.

Adil “Zirə”də ilk oyununu 2015-ci il fevralın 21-də keçirib. O, Birinci Divizionun “Qaradağ Lökbatan”la “Dalğa Arena”dakı matçında debüt edib. Nağıyev ilk oyunda vurduğu qolla 2:0 hesablı qələbədə pay sahibi olub.
Birinci Divizionda 11 oyunda 3 qol vuran müdafiəçi Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 dəfə “Zirə”nin formasını geyinib.