Bizim futbol

Azərbaycan millisindən Gürcüstan üzərində qələbə

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün ilk beynəlxalq yoldaşlıq oyunu keçirib.

Dsport.az xəbər verir ki, Tiflisdə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 3:2 hesablı qələbə qazanıb.

Komandamızın qollarını Kənan Əsədli, İqbal Pənahov və Ceyhun Nuriyev vurub.

Bu komandalar arasında növbəti oyun noyabrın 11-də, saat 13:00-da “Tbilisi Olimpic Palace”-da keçiriləcək.