Bizim futbol

Azərbaycan futbolunda nadir hadisə

Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turunun “Neftçi” – “Zirə” matçında qeyri-adi hadisələrdən biri qeydə alınıb.

Dsport.az xəbər verir ki, baş hakim İnqilab Məmmədov bu matçın əsas vaxtına nə az, nə çox, düz 9 dəqiqə (!) əlavə edib. Bu isə Azərbaycan futbolunda tez-tez rast gəlin hadisələrdən deyil.

Baş hakimin bu qərarına daha çox ikinci yarıda “Zirə”nin qapıçısı Anar Nəzirovun dilinin qatlandığı epizodda təxminən 5 dəqiqəlik fasilənin yaranması səbəb olub.

Maraqlıdı ki, ilk yarıda da “Neftçi”nin məşqçisi Fizuli Məmmədovun ürəyi getdiyindən, 5 dəqiqə əlavə vaxt təyin olunmuşdu.