Bizim futbol

“Sabah”dan darmadağın, “Neftçi” - “Zirə” matçında heç-heçə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Öncə Premyer Liqanın debütantı “Sabah” digər paytaxt təmsilçisi “Səbail”lə üz-üzə gəlib. Bu komandalar arasında indiyə qədər keçirilmiş yeganə qarşılaşma mövsümün ilk dövrəsinə təsadüf edib. Həmin matçda qapılara qol vurulmamışdı. Amma bu dəfə "Səbail" daha iddialı təsir bağışlayan "Sabah"ın qapısından 4 cavabsız top keçirib.

Günün digər görüşü də iki paytaxt klubu - “Neftçi” və “Zirə” arasında baş tutub. İlk dövrədə “ağ-qaralar” bu rəqibinə 2:1 hesabıyla qalib gəlmişdi. “Neftçi” liderliyini qorumaq üçün bu dəfə də qələbə qazanmağı hədəfləmişdi. “Zirə” isə uğursuz gedişata son qoymaq istəyindəydi. Dörd qolun qeydə alındığı bu görüşdə tərəflər hərəyə 1 xalla kifayətləniblər.

Topaz Premyer Liqası
11-ci tur

10 noyabr

Sabah - Səbail 0:4
Qol: R.Qurbanov, 2. K.Kubemba, 27. Y.Koçuk, 57; 77.
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Masazır. “Əlincə Arena”, 17:30.

Sabah: 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 33. Eltun Turabov, 15. Erik Ramos, 7. Vitali Kvaşuk, 22. Miloş Bosançiç, 8. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 14. Tural Qürbətov, 3. Elvin Bədəlov, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 25. Vanderson Silva, 11. Elgün Nəbiyev, 2. Ülvi İbazadə, 88. Elçin Əsədov.
Baş məşqçi: Elşad Əhmədov.
Səbail: 1. Emil Balayev, 4. Enrike Perilyo, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 14. Rahid Əmirquliyev (k), 26. Kamal Qurbanov, 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 22. Edqar Paçeko, 21. Murtuz Abakarov, 17. Elçin Rəhimov.
Baş məşqçi: Aftandil Hacıyev.

Neftçi - Zirə 2:2
Qol: B.Dabo, 36. M.Abbasov, 80 - T.Mütəllimov, 77. V.İsgəndərli, 83.
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov.
Bakı. 8-ci km stadionu, 19:30.

Neftçi: 1. Səlahət Ağayev, 28. Slavko Braliç, 18. Tural Axundov, 25. Kiril Petrov, 26. Ömər Buludov, 6. Qoran Paratski, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 5. Anton Krivotsyuk, 17. Rəhman Hacıyev, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyyubov, 37. Vüsal Əsgərov, 11. Kvame Karikari.
Baş məşqçi: Roberto Bordin.
Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 8. Kamal Mirzəyev, 26. Miloş Rodivoyeviç, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov.
Baş məşqçi: Samir Abasov.

Turun digər oyunları sabah keçiriləcək: 17:30. Qəbələ - Qarabağ. 19:30. Sumqayıt - Keşlə.