Bizim futbol

“Neftçi” - “Zirə” matçının biletləri satışda

Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Zirə” oyununun biletləri bu gün satışa çıxarılıb.

Dsport.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri matçın keçiriləcəyi 8-ci km stadionunun kassalarından əldə etmək mümkündü.

Noyabrın 10-da keçiriləcək “Neftçi” - “Zirə” oyununa saat 19:30-da start veriləcək.