Bizim futbol

“Qarabağ” qələbə qazandı, Azərbaycan irəlilədi

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Dsport.az xəbər verir ki, hesabındakı xallarının sayını 19,000-ə çatdıraraq bir pillə irəliləyən Azərbaycan 26-cı pilləyə yüksəlib.

Bu, "Qarabağ"ın 4-cü turda Ukraynada "Vorskla" üzərində 1:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Hesabına 0,500 xal əlavə edən Azərbaycan 26-cı pillədə yer alsa da, daha yuxarı pilləyə də irəliləmək imkanına malikdi. 19,250 xalla 25-ci yerdə qərarlaşan Polşanın avrokuboklarda təmsilçisi qalmayıb. Bu isə o deməkdi ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində növbəti xallarını qazansa, Polşanı ötmək mümkün olacaq.