Bizim futbol

“Qarabağ” Ukraynada qaldı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Vorskla” ilə qarşılaşan “Qarabağ”ın Ukraynadan Bakıya dönüşü yubanır.

Dsport.az xəbər verir ki, saat 03:30-da Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu saat 12:00-a təxirə salınıb. Bunun səbəbi hava şəraitinin uçuş üçün əlverişsiz olmasıdır.

"Qarabağ" “Vorskla”nı 1:0 hesabı ilə məğlub edib.