Bizim futbol

Liderdən növbəti qələbə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub. 

Lider MOİK səfərdə "Keşlə"nin əvəzedici komandası ilə qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma "hərbçilər"in növbəti qələbəsi ilə başa çatıb.

"Qaradağ Lökbatan" - "Səbail-2" matçında hesab açılmayıb. Elə iki qolun qeydə alındığı "Kəpəz" - "Şüvəlan" matçında da qalib müəyyənləşməyib.

Qeyd edək ki, bu turun "Neftçi-2" - "Qarabağ-2" matçı dekabrın 3-də keçiriləcək.

Birinci Divizion
10-cu tur

8 noyabr

Keşlə-2 - MOİK 2:3
Qol: Emin Quliyev, 26. Ruslan Nəsirli, 73 - Mübarək Şaquliyev, 32. Orxan Həsənov, 45+1. Ümid Şükürlü, 85.
Hakimlər: Mahir Məmmədov, Samir Ələsov, Elxan Əsgərzadə, Ziya Nəsirov
Bakı. “ASK Arena”.

Qaradağ Lökbatan - Səbail-2 0:0
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Əli Cəbrayılov, Vüqar Həsənli.
Lökbatan Olimpiya İdman Kompleksinin Stadionu.

Kəpəz - Şüvəlan 1:1
Qol: Elcan Rəhimov, 40 - Murad Hüseynov, 17.
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Hüseyn Əsgərov, Alik Yunusov.
Gəncə şəhər stadionu

Turun qalan oyunları sabah keçiriləcək: 

Zaqatala - Ağsu
Sabah-2 - Sumqayıt-2
TuranTovuz - Zirə-2