Bizim futbol

“Neftçi” mövqeyini qorudu

Bu gün futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, turun ilk oyununda son çempion “Araz” “Yasamal FK” üzərində qələbə qazanıb. Halbuki bu komandalar arasında 1-ci dörvədə baş tutan oyunda heç-heçə qeydə alınmışdı.

“Xəzər Cənub”la qarşılaşan “Neftçi” hesabdakı üstünlüyünü sona qədər qorumağı bacarıb. 

Turun son matçında autsayderlər qarşılaşıb. “Liman”la qarşılaşan “Yasamal” İSK ilk dəfə fasiləyə qalib yollansa da, üstünlüyünü ikinci hissədə əldən verib.

Yüksək Liqa
8-ci tur
7 noyabr

Araz - Yasamal FK 9:6
Qollar: X. Bağırov, 09:00, 18:15, 22:50, 31:50, 38:09, R. Çovdarov, 09:35, 19:18, E. İbramxəlilov, 12:16, O. Rüstəmli, 24:52 - O. Khalili, 13:50, 16:15, H. Reza Bakhshi, 25:10, S. Şahnasi, 27:14, 37:21, 39:58.
Qırmızı vərəqə: R. Hüseynli, 18:15
Hakimlər: Anar Fərəcov, Fuad Həsənov, Kənan Məlikov
Bakı İdman Sarayı. Saat 12:30

Neftçi İK – Xəzər Cənub 4:2
Qollar: R. Balakişiyev, 10:47, 34:05, V. Borisov, 19:37, A. Abdollahi, 36:06 - Ş. Şahnazi, 34:21, A. Mikaili 36:44.
Hakimlər: Elçin Səmədli, Hikmət Qafarlı, Rahin Heybətov
Bakı İdman Sarayı. Saat 14:30

Liman - Yasamal İSK 7:5
Qollar: H. Hüseynov, 04:59, H. Fatihzadeh, 05:40, 25:20, 26:35, 27:01, 28:33, C. Mahmudov, 14:38 - A. İsayev, 09:26, 17:31, M. Eyniyev, 10:19, 11:26, A.Əlimirzəyev, 37:54
Hakimlər: Azad Hüseynov, Anar Fərəcov, Elmir Quluzadə.
Bakı İdman Sarayı. Saat 16:30.