Bizim futbol

“Qarabağ” Əhmədovun debut matçında xal itirdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Dsport.az xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Keşlə” ilə qarşılaşıb.

“ASK Arena”da baş tutan qarşılaşma meydan sahibləri üçün əlamətdar olub. Belə ki, Mladen Milinkoviçin istefasından sonra baş məşqçi postuna gətirilən Tərlan Əhmədov paytaxt klubu ilə debüt matçına çıxıb. Qurban Qurbanovun çalışdırdığı Ağdam komandası isə son oyunlardakı uğursuzluğu bu görüşdə qazanacağı qələbə ilə unutdurmaq arzusundaydı.

Görüşdə hesabı da məhz qonaqlar açıblar. Amma meydan sahibləri buraxılan qolun əvəzini çıxa biliblər. Beləcə, son çempion növbəti xal itkisi ilə üzləşdiyi halda, Əhmədov paytaxt klubundakı ilk oyununda heç-heçəyə imza atıb.

Topaz Premyer Liqası
7-ci turdan təxirə salınan oyun

31 oktyabr

Keşlə - Qarabağ 1:1
Qol: Sərtan Taşqın, 79 - Miçel, 55.
Qırmızı vərəqə: Samir Məsimov, 88.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov.
Bakı. "ASK Arena".

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 33. Tərlan Quliyev, 3. Denis Silva, 93. Edvinas Girdvainis, 19. Azər Salahlı, 4. Slavik Alxasov, 17. Samir Məsimov, 80. Diallo Quydileye, 22. Nikola Mitroviç, 23. Conatan Ayite.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 10. Ruslan Nəsirli, 9. Amil Yunanov, 7. Vaqif Cavadov, 11. Bahodir Nasimov, 90. Ebrima Sohna, 31. Georgios Georgiadis, 21. Herve Tçami.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 8. Markos Madera, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.