Bizim futbol

Millimizin rəqiblərinin oyununda 6 cavabsız qol

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 8-ci qrupda ilk tura yekun vurulub.

Dsport.az xəbər verir ki, qrupun digər oyununda Çexiya və Albaniya yığmaları üz-üzə gəliblər. Bu görüşdə çexlər rəqib qapısından 6 cavabsız top keçiriblər və liderliyə yüksəliblər.

Qeyd edək ki, qrupun ilk oyununda yığmamız Norveçə 1:4 hesabı ilə uduzub.