Bizim futbol

Ramin Quliyev: “Bizi nə gözlədiyini əvvəldən bilirdik”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Ramin Quliyevin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Norveç yığması ilə keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyuna pis başlamadıq. Bizi nə gözlədiyini əvvəldən bilirdik. Elə ilk dəqiqələrdən hər şey gözlədiyimiz kimi oldu. Rəqib əsasən uzun ötürmələrdən istifadə edir, cinahlardan hücum təşkil edirdi. Qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsi oyunda dönüş nöqtəsi oldu. Qol buraxdıqdan sonra rəqib ard-arda 2 qol vəziyyəti yaratdı və onlardan istifadə etdi. Belə turnirlərdə rəqib ani səhvləri bağışlamır. Demək olar ki, oyunu 5 dəqiqə ərzində uduzduq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu məğlubiyyəti unudub qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.