Bizim futbol

“Neftçi” “Qarabağ”la oyun üçün hazırlığa başladı

“Neftçi” məşqləri bərpa edib.

Dsport.az xəbər verir ki, Topaz Premyer Liqasında 8-ci turun "Qəbələ” ilə oyunundan sonra ikigünlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb. 

Məşqdə zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, oktyabrın 28-də 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Qarabağ” oyununa saat 17:00-da start veriləcək.