Bizim futbol

Ruslan Abışovdan xəbər var - FOTO

Məlum olduğu kimi, “Neftçi”nin kapitanı Ruslan Abışov uzun müddətdi zədədən əziyyət çəkir.

Dsport.az xəbər verir ki, paytaxt klubunun və Azərbaycan yığmasının müdafiəçisi hazırda Almaniyadadı.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, o, hazırda xüsusi nəzarət altında bərpa prosesi keçir.

Xatırladaq ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Uypeşt” - “Neftçi” matçının ilk hissəsində zədələnən Ruslan Abışovun 6 ay oynamayacağı açıqlanmışdı.