Bizim futbol

Pavloviç: “Qəbələ” ilə ilk oyundakı nəticəyə ehtiyacımız yoxdu”

Sabah UEFA Gənclər Liqasında Çempionlar yolunun 1-ci mərhələsində "Qəbələ" ilə cavab oyununa çıxacaq “Şerif”in (Moldova) U-19 komandasının baş məşqçisi Luka Pavloviç klubun rəsmi saytına açıqlama verib.

Dsport.az xəbər verir ki, Pavloviç sabah meydana yalnız qələbə qazanmaq üçün çıxacaqlarını bildirib:

“Komandamız oyuna fiziki və taktiki planda artıq hazırdı. İndi futbolçuların psixoloji durumunun üzərində işləməliyik. İnanıram ki, gənclərimiz sərfəli nəticə qazanmaq üçün bütün güclərini ortaya qoyacaqlar.

Demək olar ki, şanslar bərabərdi. İlk oyundakı nəticəyə ehtiyacımız yoxdu, evdə yalnız qələbə qazanmaq istəyirik”.

"Şerif" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Qəbələdə keçirilən ilk oyunda qalib müəyyənləşməyib - 1:1.