Bizim futbol

Norveçdən Azərbaycan millisinə 4 qol

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.

Dsport.az xəbər verir ki, 8-ci qrupda yer alan Azərbaycan yığması Norveç millisi ilə qarşılaşıb. Oyun rəqibin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1. Maraqlıdır ki, Azərbaycan millisi bu qollardan üçünü 3 dəqiqə ərzində buraxıb. Azərbaycan yığmasının təsəlli qolu isə matçın son dəqiqələrinə təsadüf edib.

Azərbaycan millisinin qrupunda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.

AÇ-nin seçmə mərhələsi
8-ci qrup, 1-ci tur

23 oktyabr

Azərbaycan - Norveç 1:4
Qol: Musa Qurbanlı, 89 - Herman Gilmuyden, 18-pen. Robin Bjorkas Skroqstad, 19. Fredrik Oppeqard, 21. Nils Vallotto, 71.
Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya).
Luşnya. “Roza Haciu” stadionu.

Azərbaycan: 22. Rüstəm Samiqullin, 2. Nika Baçalaşvili (17. Şirin Şirinov, 46), 4. Rüfət Əhmədov, 5. Nazim Həsənzadə, 9. Musa Qurbanlı, 10. Veysəl Rzayev (k), 11. Cavidan Abbaszadə, 14. Nemət Şıxəmirov, 18. Camal Cəfərov (7. Rauf Məhərrəmov, 68), 19. Samir Abdullayev, 20. Ruslan Qabayev (6. Nemət Musayev, 81).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 12. Eldar Tağızadə, 3. Emil Bayramov, 8. Fərid Yusifli, 13. İbrahim Novruzov, 15. Fərid Muxtarov.
Baş məşqçi: Ramin Quliyev.
Norveç: 12. Sander Tangvik, 2. Mikkel Tveiten, 4. Nikolas Pignatel Yenssen (k) (3. Lennart Andal, 63), 5. Nils Vallotto, 6. Sebastian Henriksen (15. Noah Bech Hermansen, 46), 7. Trygve Solberq Aarstad, 8. Fredrik Oppegard, 9. Apipon Tongnoy (20. Lars Kristian Moldestad, 54), 10. Herman Geelmuyden, 16. Robin Bjorkas Skrogstad (14. Mikail Maden, 63), 19. Philip Gronnern Ekeberg (11. Niklas Edris Haugland, 77).
Ehtiyat oyunçular: 1. Frank Stople, 13. David Sissoko, 17. Martin Andersen, 18. İben Vettermark Bergenheim.
Baş məşqçi: Erland Yohnsen.