Bizim futbol

Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib. 

Dsport.az xəbər verir ki, o, bunu işlərinin çoxluğu ilə əlaqələndirib.

Gəncə klubunun rəsmi saytının yaydığı məlumata görə, Elmir Vəliyevin yerinə hələlik heç bir təyinat yoxdu. 

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi.