Bizim futbol

“Neftçi” - “Qarabağ” matçı “El-klasiko”ya görə tez başlayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarının vaxtı müəyyənləşib. 

Dsport.az çempionatın yayımçısı "CBC Sport" telekanalına istinadən xəbər verir ki, tura oktyabrın 27-də "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Bu qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək.

Növbəti günün ilk görüşündə "Səbail" və "Keşlə" üz-üzə gələcək ki, bu oyun saat 15:00-da başlayacaq.

Tura mərkəzi qarşılaşma hesab olunan "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandaların dueli saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması İspaniya La Liqasında “el klasiko”nun - "Barselona" - "Real” matçının saat 19:15-də başlaması ilə əlaqədardır.