Bizim futbol

“Şerif” - “Qəbələ”: Hakimlər məlum oldu

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının 1-ci mərhələsində “Şerif”lə (Moldova) cavab oyununa təyinatlar açıqlanıb. 

Dsport.az xəbər verir ki, Moldovada keçiriləcək matçın idarəçiliyi kiprli hakimlər briqadasına həvalə olunub. Baş hakim Kristofi Timofeosa Savva Giorgos və Andreas Mixalidis kömək edəcək. Moldovalı İon Orlik dördüncü hakim, Vladimir Antonov hakim-inspektor funksiyasını yerinə yetirəcək. Türkiyəli Ayşe İdil Cem isə UEFA nümayəndəsi olacaq.

Oktyabrın 24-də Tiraspolda keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Oktyabrın 3-də Qəbələdə keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1.