Bizim futbol

Emin Mahmudov: “İstədiyimiz oyunu göstərə bilmədik”

“Neftçi”nin kapitanı Emin Mahmudov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları “Qəbələ” ilə oyundan sonra klubun rəsmi saytına açıqlama verib.

Dsport.az xəbər verir ki, yarımmüdafiəçi məğlubiyyəti unudub, qarşıdakı oyuna köklənmək lazım olduğunu deyib:

"Oyuna yaxşı hazırlaşmışdıq, amma təəssüf ki, istəyimizi həyata keçirə bilmədik. Qol imkanlarından yararlana bilmədik. Ümumiyyətlə, istədiyimiz oyunu göstərə bilmədik. Sadə epizodlarda top itirdik, mübarizələrdə məğlub olduq. Təəssüf ki, bu gün oyunumuz alınmadı. Bu məğlubiyyəti unudub, qarşıdakı oyuna köklənməliyik”.