Bizim futbol

Aftandil Hacıyev: “Bu, Allahın bizə verdiyi hədiyyədi”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Dsport.az xəbər verir ki, gənc mütəxəssis 0:1 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

- Maraqlı oyunun şahidi olduq. Məzmunlu, çox sürətli oyun alındı. Futbolçular layiqli mübarizə apardılar. Bu tempi davam etdirə bilsək, xallarımızı artıracağıq. Əssa rəqiblırimiz hələ qarşıdadı.

- Sizi Premyer Liqanın ən şanslı baş məşqçisi saymaq olar. Yenə texniki qələbə qazanacaqsız...
- İndi xəbər tutdum ki, texniki səhv olub. Hər ikisində layiqli mübarizə apardıq. "Zirə"ylə matdaç xal qazanmışdıq. Bu da Allahın bizə verdiyi hədiyyədi. Bunu heç kəs poza bilməz. Bu səhv bizim də başımıza gələ bilər. Bu, bizi məsuliyyətli olmağa çağırır. Texniki səhv "Qarabağ"ın gücünü azaltmır. Ölkəmizdə son 5 ilin çempionudu. Avropa Liqasında qarşıdakı oyunlarda onlara uğurlar arzulayıram. (Sport24)