Bizim futbol

Türkiyəli məşqçidən Azərbaycana təbrik - FOTO

Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Ərtoğrul Sağlam da 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə biganə qalmayıb.

Dsport.az xəbər verir ki, sosial şəbəkə hesabında Bakıda Qız qalasının qarşısında çəkdirdiyi şəklini paylaşan türkiyəli mütəxəssis xalqımızı himnimizin sözləri ilə təbrik edib.

Qeyd edək ki, Türkiyə klublarından “Fənərabxça”, “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor” da sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə Azərbaycanın Mütəqillik Gününü təbrik etmişdilər.