Bizim futbol

“Qarabağ” “Neftçi”nin məğlubiyyətindən maksimum yararlandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçı Qəbələdə keçirilib. Lider “Neftçi” “Qəbələ”nin qonağı olub. İlk dövrədə bu komandalar arasında keçirilmiş oyunda paytaxt təmsilçisi 2:1 hesablı qələbəyə sevinmişdi. Liderliyini qorumağı hədəfləyən “ağ-qaralar” elə də yaxşı günlərini yaşamayan rəqiblə görüşdə xal itirməmək arzusundaydı. Amma paytaxt klubu bu matçda cari mövsümdək ilk məğlubiyyət acısını yaşayıb.

Günün digər matçı isə son çempion “Qarabağ”la “Səbail” arasında baş tutub. İlk dövrədə 2 cavabsız qolla qalib gəlmiş Ağdam klubu bu uğurunu təkrarlamağı hədəfləmişdi. Əvvəlki oyunlarda iddialı rəqibinə qol vura, onlardan xal ala bilməyən "Səbail" bu dəfə də məğlubiyyətlə üzləşib. "Qarabağ" minimal hesablı qələbə sayəsində "Neftçi"nin məğlubiyyətindən maksimum yararlanıb.

Topaz Premyer Liqası
8-ci tur

20 oktyabr

“Qəbələ” - “Neftçi” 3:1
Qol: C.Adeniyi, 14; 77. S.Monroz, 57 - K.Karikari, 90+4.
Qırmızı vərəqə: T.Xəlilzadə, 67.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 23. Aqil Məmmədov, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 7. Roman Hüseynov, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 27. Bəhlul Mustafazadə, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 88. Sabien Lilay, 99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov.
Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 93. Soni Mustivar, 8. Emin Mahmudov (k), 5. Anton Krivotsyuk, 4. Rəşad Eyyubov, 10. Dario Federiko, 9. Baqali Dabo, 11. Kvame Karikari, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 37. Vüsal Əsgərov, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Roberto Bordin.

“Qarabağ” - “Səbail” 1:0
Qol: A.Zubir, 62.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev.
Bakı. “Azərsun Arena”, 19:00.

Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner Da Silva, 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Emil Balayev, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 16. İqor Korotetski, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 4. Enrike Perilyo, 5. Vüqar Bəybalayev, 18. Aqşin Qurbanlı, 22. Edqar Paçeko, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 17. Elçin Rəhimov.
Baş məşqçi: Aftandil Hacıyev.

Turun digər oyunları sabah keçiriləcək: “Sumqayıt” - “Sabah”, “Keşlə” - “Zirə”.